Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“WhatsApp”dan ayda 1,5 milyard insan istifadə edir

2017-ci ilin dördüncü rübündə “WhatsApp” xidmətinin istifadəçilərinin aktiv sayı aylıq 1,5 milyard nəfəri keçib.

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, rüb ərzində bu göstərici cəmi 200 milyon nəfər artıb. 

Gündəlik olaraq “WhatsApp” istifadəçiləri biri-birinə 60 milyard məlumat göndərirlər.

 

Qeyd edək ki, 2014-cü ildə “Facebook” şirkəti “WhatsApp”ı 16 milyard dollara satın alıb. Həmin vaxtadək “WhatsApp”dan aylıq olaraq 450 milyon nəfər istifadə edirdi. Qeydiyyatdan keçmiş istifadəçilərin sayı hər gün 1 milyon nəfər artırdı.

LENT

20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018