Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple” yenidən smartfon tədarükündə lider oldu

ABŞ-ın “Apple” korporasiyası yenidən dünyada smartfon tədarükündə liderliyi özünə qaytarıb.

İKT.lent.az-ın “Vedomosti” nəşrinə istinadən məlumatına görə, bu barədə İDC şirkətinin hesabatında deyilir.

 

Şirkət özünün əsas rəqibi olan Cənubi Koreyanın “Samsung” şirkətini geridə qoyub. 2017-ci ilin dördüncü rübü ərzində dünya bazarına smartfon tədarükündə “Apple”in payı 19,2 faizə çatıb. Onun əsas rəqibi olan “Samsung”un payı 18,4 faiz olub. Üçüncü rübdə “Apple”in payı 12,5 faiz, “Samsung”un payı isə 22,3 faiz təşkil edib. 

“2016-cı ilin dördüncü rübü hesaba alınmasa, o zaman da smartfon bazarındakı payına görə “Apple” “Samsung”u qabaqlamışdı. ABŞ korporasiyası bir dəfə də olsun, 2008-ci ildən bu yana “Samsung”u qabaqlaya bilməyib. Bu isə on il deməkdir”, - deyə “Mobile Research Group” şirkətinin analitiki Eldar Murtazin bildirib.

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018