Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung” rəhbəri həbsdən buraxıldı

“Samsung Electronics” korporasiyasının vitse-prezidenti və faktiki rəhbəri Li Çjo Yon həbsdən buraxılıb.

 

İKT.lent.az-ın xəbərinə görə, apellyasiya məhkəməsi korrupsiya və rüşvətxorluqla bağlı ittihamların əksəriyyətini əsassız sayaraq şirkət rəhbərinə şərti cəza kəsib və onu azad edib. L. Ç. Yon 2,5 il şərti cəzaya məhkum edilib və bu cəzanın icrası 4 il təxirə salınıb.

 

Qeyd edək ki, 50 yaşlı L. Ç. Yon 2017-ci il fevralın 17-də həbs olunub. Onun adı sabiq prezident Pak Kın Xe ətrafında yaranan korrupsiya qalmaqalında keçib. Rüşvət və korrupsiya əməllərində ittiham olunan iş adamı 12 il müddətinə azadlıqdan məhrum edilib.

 

L. Ç. Yonun atası 2014-cü ildə infarkt keçirməsi ilə əlaqədar işdən kənarlaşıb və yerinə oğlu keçib.

LENT

23 May 2018
22 May 2018
21 May 2018
19 May 2018
18 May 2018