Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple” “iPhone X”in istehsalından imtina edə bilər - İDDİA

“Apple” şirkəti “iPhone X” smartfonlarını istehsaldan çıxara bilər. İKT.lent.az-ın BGR nəşrinə istinadən məlumatına görə, buna səbəb cihazlara olan aşağı tələbatdır.

 

“KGI Securities” şirkətinin analitiki Min-Çi Kuo iddia edir ki, bu il bütün dünya üzrə 18 milyon ədəd “iPhone X” smartfonunun satışa çıxarılacağı gözlənilir. Baxmayaraq ki, tərtibatçılar bu rəqəmin 25-20 milyon ədəd olacağını qeyd edirdilər. Belə bir fərqin yaranmasına səbəb cihaza xüsusilə Çində aşağı tələbatın olmasıdır. Bu, yenilənmiş variantdan sonra da istehsalın dayandırılmasına təsir edəcək.

Çinlilər smartfonun OLED displeyinin yuxarı hissəsindəki çapıqdan narazı qalıblar. Bu, smartfonda “Face İD” və frontal kameranın yerləşdiyi faydalı sahəni “zəbt” edir. 

LENT

24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018
19 May 2018