Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Qadınlar üçün “təhlükəsizlik şortu” yaradıldı

Almaniyada qadınları seksual zorakılıqdan qoruyacaq “təhlükəsizlik şortları”nın satışlarına başlanacaq. 

İKT.lent.az-ın WAZ.nəşrinə istinadən məlumatına görə, xüsusi olaraq tərtib edilmiş şortlar olduqca dözümlü materialdan istehsal edilib ki, onu əllə cırmaq və kəsib doğramaq mümkün deyil. 

Bundan başqa, şortda bel boyunca şifrəli qıfıl mövcuddur. Həmçinin şortun həlqəsi qırılan zaman təhlükəsizlik siqnalı işə düşür. 
 
Bu ideya Oberhauzen şəhərinin sakini Sandra Seylzə məxsusdur. İlkin olaraq o, 150 ədəd şort istehsal edib ki, onlar da dərhal satılıb. Hazırda 5 000 ədəddən çox nüsxə istehsaldadır. 
 
Qeyd edilir ki, “təhlükəsizlik şortları”na olan tələbat durmadan artmaqdadır. Sifarişlərin 80 faizi isə Almaniyanın payına düşür. Həmçinin İtaliya, Zelandiya, Skandinaviya ölkələri və Birləşmiş Ərəb Əmirliklərindən də sifarişlər gəlməkdədir. 

LENT

19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018