Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Airbus”ın uçan taksisi ilk uçuşunu keçirdi -

ABŞ-ın Oreqon ştatında “Airbus Vahana” uçan taksisinin prototipinin ilk sınaq uçuşu keçirilib.

 

İKT.lent.az-ın “Digital Trends” saytına istinadən verdiyi xəbərə görə, layihənin müəllifləri uçan taksinin 2020-ci ilə qədər rəsmən təqdim olunacağını bildiriblər. “İki il ərzində “Vahana” konseptual eskizdən özünün ilk uçuşunu uğurla yerinə yetirən hərtərəfli təyyarəyə çevrildi”, - deyə layihə mnüəlliflərindən biri - Zak Lavering söyləyib.  

 

“Airbus Vahana”nın uzunluğu 6,2 metr, çəkisi 745 kq, qanadların genişliyi 5,7 metrdir. Uçan taksinin San Fransiskodan San Xose şəhərinə 18 dəqiqəyə çatacağı gözlənilir.

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018