Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Madurodan yeni təklif, ABŞ və İngiltərədən qadağa - "BİTCOİN" ƏRİYİR -

Venesuela prezidenti Nikolas Maduro OPEK+ ölkələrinə özlərinin kriptovalyutasını yaratmağı təklif edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, N.Maduro neft bazarındakı stabilləşmənin məhz OPEK+ səyləri nəticəsində reallaşdığını və hasilatın məhdudlaşdırılması qərarının daha 5 il qüvvədə olmasını istədiklərini qeyd edib.

 

Bu arada İngiltərənin aparıcı maliyyə korporasiyalarından olan "Lloyds Banking Group" banklar qrupu kredit kartları vasitəsilə kriptovalyuta alışına qadağa qoyub. Bunun ardınca ABŞ-ın "JPMorgan Chase", "Bank of America" və "Citigroup" bankları da analoji addımı ataraq kredit kartlarından kriptovalyuta almağı yasaqlayıb.

 

Bu qərarın "Bitcoin"in qiymətində son günlər qeydə alınan kəskin azalmadan qaynaqlandığı açıqlanıb. Belə ki, əgər ötən ilin dekabrında bu kriptovalyuta 20 min dollardan təklif olunurdusa, hazırda isə onun qiyməti 8 min dollar təşkil edir.

 

Bundan əlavə, "Bitcoin"in qiyməti "Coindesk" (Koindesk) birjasında 8,2, "Bitfinex" (Bitfayneks)-də 24,2, "OKEx" (Okeks) birjasında isə 23 faiz ucuzlaşıb.  "Ethereum" indi birjalarda 581,47, "Ripple" 0,598, "Bitcoin Cash" isə 800,55 dollardan satışdadır.

 

Ekspertlərin isə bununla bağlı proqnozları daha bədbindir.

 

Belə ki, onlar "Bitcoin"in 5 min dollaradək ucuzlaşacağı qənaətindədir. İnvestorların bu istiqamətdəki qərarlarına kriptovalyuta siyasətinin sərtləşdirilməsi geniş təsir göstərir. Bundan əlavə, Çinin beynəlxalq kriptovalyuta birjalarının fəaliyyətinə qadağa qoyacağı, Hindistanın isə bu ödəniş vasitəsini qeyri-qanuni elan edəcəyi bildirilir. 

 

 

LENT

24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018
19 May 2018