Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Zukerberq bir gündə 3,6 milyard, Geyts 2,25 milyard dollar itirdi -

ABŞ fond birjalarında əsas indekslərin ucuzlaşması ilə dünyanın 500 ən zəngin insanı bir gün ərzində ümumilikdə 114 mlrd. dollar itirib.

 

“APA-Economics” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, “Berkshire Hathaway” investisiya şirkətinin rəhbəri zərər edənlər arasında 5,1 mlrd. dollarla ön pillədədir. “Facebook”un təsisçisi Mark Zukerberq 3,6 mlrd. dollar itirərək ikinci, “Amazon”  şirkətinin qurucusu Cef Bezos 3,3 mlrd. dollarla üçüncü, “Google”-un yaradıcıları Larri Peyc və Sergey Brin 2,3 mlrd. dollarla dördüncü, “Microsoft”un qurucusu Bil Qeyts is 2,25 mlrd. dollar beşinci yerdə qərarlaşıb.

 

Qeyd edək ki, “Dow Jones” indeksi rekord səviyyədə ucuzlaşaraq 1,175 min bəndədək azalıb. Bu, 4,6% olmaqla 2014-cü ilin avqustundan bəri ən aşağı göstəricidir. “S&P 500” 4%-dən çox azalaraq 2,649 bəndədək, NASDAQ isə 3,87% azalaraq 6,968 bəndədək ucuzlaşıb. 

 

 

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018