Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Nazirin sözünü kəsən robot səhnədən uzaqlaşdırıldı - FOTO

Türkiyənin Bilgi Texnologiyaları Qurumu “Etibarlı İnternet Günü” adlı tədbir təşkil edib.

 

İKT.lent.az-ın xəbərinə görə, xüsusi proqramlanmış "Sanbot" adlı robot “Etibarlı İnternet Günü” haqqında iştirakçılara məlumat verib. Sonra nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan çıxış üçün səhnəyə qalxıb.

 

Ə. Arslan çıxış edərkən robot bir neçə dəfə müdaxilə edib və "Mən sənin dediklərini başa düşmürəm. Sən nədən danışırsan?" deyə reaksiya verib. Nazir bundan qəzəblənib. O, “robotun qafası qarışdı. Bunu kim idarə edirsə, bir tədbir görsün”, - deyib.

 

Robot dərhal səhnədən uzaqlaşdırılıb və kənarda yenidən formatlanıb. Nazir çıxışına davam edib.

 

Hadisə sosial mediada müzakirə mövzusuna çevrilib. Türkiyəli istifadəçilər olayla bağlı satirik-yumoristik reaksiyalarını paylaşıblar. 

LENT

23 May 2018
22 May 2018
21 May 2018
19 May 2018
18 May 2018