Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Bu rüb planşet bazarı 17 faiz azalacaq - PROQNOZ

Ötən rüb dünyada 46 milyon ədəd smartfon satışı həyata keçirilib ki, bu da analitiklərin özlərinin gözləntilərindən çoxdur. 

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, “Digitimes Research” şirkətinin analitikləri iddia edirlər ki, cari rübdə satışların azalması qeydə alınacaq.   

Özü də azalma guya rüblük nisbətdə 3 faiz, illik nisbətdə isə 17,1 faiz təşkil edəcək. Əgər birinci halda bu mövsümi amillərlə bağlıdırsa, tədarükün illik nisbətdə belə böyük həcmdə azalması digər amillərlə, misal üçün, yeni modellərin olmaması ilə bağlıdır. Bu amil də bir çox istehsalçılar üçün xasdır. 

Əgər CES-2018 sərgisini xatırlasaq, o zaman qeyd etmək olar ki, yeni planşetlər olduqca az sayda təqdim edilib. Bununla belə, bazarın liderləri digərlərindən daha çox ziyan görəcəklər. Gözlənilir ki, “yüksək səviyyənin” tədarükçüləri cari rübün nəticələrinə əsasən, 22,5 milyon ədəd planşet tədarük edəcəklər. Bu isə rüblük nisbətdə 32 faiz azalmaya müvafiq olacaq. 

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018