Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Avropa İttifaqı "Apple" - "Shazam" sövdələşməsindən şübhələndi

Avropa Komissiyası "Apple" şirkətinin audioter və şəkilləri tanıyan "Shazam" xidmətini alması ilə bağlı sövdələşməni nəzərdən keçirir.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə Avropa Komissiyasının məlumatında deyilir.

 

Bildirilir ki, Avropa Komissiyası Avstriya, Norveç, İslandiya və İsveçdən "Apple"in "Shazam"ı əldə etməsi ilə bağlı sorğu alıb. Avropa Komissiyasının ekspertləri hesab edir ki, bu sövdələşmə Avropa iqtisadi zonasında rəqabətə mənfi təsir edir.

 

Qeyd edək ki, ötən ilin dekabrında ABŞ-ın “Apple” korporasiyası Britaniyanın “Shazam Entertainment” şirkətini satın aldığını təsdiqləyib. Amerikalılar sövdələşmənin dəyərini açıqlamayıblar, lakin “TechCrunch” texnobloqu satınalmanın 400 milyon dollar təşkil etdiyini yazıb. “Shazam”ın “Apple Music” ekosisteminə inteqrasiya ediləcəyi gözlənilir. Bu addım şirkətin “Spotify” ilə rəqabətinə kömək edəcək. “Apple Music”in 27 milyon, “Spotify”ın 60 milyon abunəçisi var. “Shazam”ın dünya üzrə aktiv istifadəçilərinin sayı isə 150 milyon nəfərdən çoxdur. “Shazam” dünyada musiqilərin tanınması üzrə ən məşhur xidmətdir. Onun köməyi ilə istifadəçilər istənilən kontenti – audio və videoları, reklam elanlarını, qəzet-jurnallarda çıxan çap reklamlarını, küçə lövhələrində, eləcə də əşyaların paketlərindəki təsvirləri tanıya bilir.

LENT

24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018
19 May 2018