Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Dünyanın ən böyük smartfon bazarı bir ildə 15,7 faiz azalıb

İDC şirkətinin analitikləri Çin smartfon bazarında 2017-ci ilin dördüncü rübünün və ümumilikdə ilin nəticələrini açıqlayıblar. 

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, Çin bazarı dünyada ən böyük bazar hesab edilir. 

İDC-nin hesablamasına görə, Çində rüb ərzində 114,3 milyon ədəd smartfon satılıb. Bu, 2016-cı ilin dördüncü rübündəki göstəricidən 15,7 faiz azdır. 

Bazarın lideri “Huawei” şirkətidir - rüb ərzində 24,3 milyon ədəd smartfon tədarük edib. Bu isə ümumi tədarükün 21,3 faizinə bərabərdir. İkinci yerdə 17,5 faizlik pay göstəricisi ilə “Oppo” şirkəti qərarlaşıb. Üçüncü yeri 16,5 faiz payla “Vivo” şirkəti tutub. Dördüncü yer bazarın 13,9 faizinə sahib “Xiaomi” şirkətinə məxsusdur. İlk beşliyi isə 12,9 faiz bazar payı ilə “Apple” şirkəti qapayır. 

Bütün il üzrə məlumatlara baxsaq, ilk beşlik eynidir. Ancaq bazar payları bir az dəyişir. 2017-ci ilin nəticələrinə görə, “Huawei” şirkətinə bazarın 20,4 faizi, “Oppo”ya 18,1 faiz, “Vivo”ya 15,4 faiz, “Xiaomi”yə 12,4 faizi məxsusdur. “Apple”in bazar payı isə 9,3 faizə bərabərdir. 

Ümumilikdə il ərzində Çində 444,3 milyon ədəd smartfon satılıb. Bu göstərici isə 2016-cı ilin göstəricisindən 4,9 faiz azdır. 

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018