Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Alimlər kosmosda “Tesla”nı nə gözlədiyini açıqladılar

Alimlər “Falcon Heavy” ağır daşıyıcı raketi ilə kosmik fəzaya göndərilən “Tesla Roadster” elektromobilinin gələcək aqibəti barədə fikirlərini bildiriblər.

 

İKT.lent.az-ın “LiveScience” saytına istinadən verdiyi xəbərə görə, ABŞ-ın İndiana Universitetinin kimya alimi Uilyam Keroll “Tesla”nı nələr gözlədiyini açıqlayıb. O deyib ki, avtomobil iri kosmik obyektlə toqquşmadan qaça bilsə belə, sonda radiasiya təsiri ilə məhz olacaq.  

 

U. Keroll xatırladıb ki, Yer planetinin səthi digər planetlərdən fərqli olaraq atmosfer və maqnit sahəsi vasitəsilə radiasiyadan və Günəş şüalarından qorunur. O qeyd edib ki, “Tesla” hansısa iri obyektlə toqquşma riski var. Bu baş verməsə belə, maşının mikrometeoritlər və digər kosmik zibillə toqquşması ehtimalı böyükdür. Hətta toqquşma nəticəsində “Tesla” tam dağılmasa da, əvvəl-axır radiasiya təsiri ilə məhv ediləcək: “Kosmosda bütün orqanik birləşmələr müxtəlif növ radiasiyaların dağıdıcı təsirinə məruz qalır”.

 

U. Keroll qeyd edib ki, kosmosa göndərilən “Tesla”nın orqanik hissələri karbon lifdən hazırlanmış gövdə və plastmas detallardır. Kosmik radiasiya nəticəsində elektromobil hissələrə ayrılacaq: “Bu cür şəraitdə mən bu detallara heç bir il də ömür verməzdim”.

 

Kimyaçı alim Riçard Sahleben isə həmkarının dediklərini təsdiqləsə də, əmin olduğunu vurğulayıb ki, hətta uzun illər sonra kosmosun hansısa nöqtəsində avtomobilin kapsulunu görmək mümkün ola bilər.   

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 15:45-də (Bakı vaxtı ilə fevralın 7-si saat 00:45) ABŞ-ın Florida ştatındakı Kanaveral burnundakı kosmodromdan “SpaceX” şirkəti tərəfindən hazırlanan dünyadakı ən güclü “Falcon Heavy” ağır daşıyıcı raketinin ilk buraxılışı həyata keçirilib. Raketin buraxılışı sınaq məqsədilə həyata keçirildiyi üçün yeganə faydalı yük “SpaceX”ın sahibi İlon Maskın vişnə rəngli, elektrik mühərrikli “Tesla Roadster” avtomobili olub. Orbitə buraxılan “Tesla”nın sürücü kreslosuna skafandr geydirilmiş maneken yerləşdirilib. Gələcəkdə şirkətin astronavtları məhz bu skafandrla uçacaqlar. Start zamanı elektromobilin audiosistemi Devid Bouinun (David Bowie) “Space Oddity” mahnısını səsləndirib. Avtomobilin panelində quraşdırılmış ekranda Duqlas Adamsın “Qalaktikada avtostopla gəzinti” romanına istinadla “Panika lazım deyil!” yazısı görünüb.

LENT

23 May 2018
22 May 2018
21 May 2018
19 May 2018
18 May 2018