Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Apple" "iPhone"ların ləngiməsi üçün iOS-un yeni versiyasını təqdim edib

"Apple" şirkəti "iPhone"ların ləngiməsi üçün iOS əməliyyat sisteminin beta-versiyasını təqdim edib.

 

İKT.lent.az-ın "Venture Beat"ə istinadən xəbərinə görə, yeni versiyada "Akkumulyator" menyüsünün içində "Batareyanın vəziyyəti" adlı bölmə var.

 

Onun köməyi ilə batareyanın hazırkı vəziyyətini faizlə görmək mümkündür. Orada "Pik istehsal səviyyəsi" də var ki, batareyanın mobil qurğuya dözüb-dözməyəcəyini nümayiş etdirir.

 

iOS-un yeni versiyası hələlik test mərhələsindədir. Gözlənilir ki, növbəti yenilənmələrdə tərtibatçılar qacetin istehsal həcminin ixtisarı funksiyasını da istifadəyə verəcəklər.

 

"Apple"in rəhbəri Tim Kuk bəyan edib ki, yeni funksiya yazdan tez istifadəyə verilməyəcək.

LENT

24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018
19 May 2018