Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Tesla”nın o biri üzü - REKORD ZƏRƏR...

Bütün dünyanın “Tesla Roadster” elektromobilinin kosmosa göndərilməsini müzakirə etdiyi bir vaxtda bu avtomobili istehsal edən şirkətin maliyyə göstəricilərinin heç də ürəkaçan olmadığı açıqlanıb.

 

İKT.lent.az-ın xəbərinə görə, “Tesla İnc” dördüncü rübü və ümumilikdə 2017-ci ili rekord zərərlə başa vurub.

 

“MarketWatch”un məlumatına əsasən xalis zərər oktyabr-dekabr aylarında 675 milyon dollara çatıb. Bir il əvvəlin analoji dövründə zərər 121 milyon dollar idi. Gəlir isə 2,284 milyard dollardan 3,288 milyarda yüksəlib.

 

2017-ci ilin yekunlarına əsasən “Tesla”nın zərəri 1,4 milyard dolları ötüb və şirkətin direktoru İlon Maskın bir çox proqnozu özünü doğrultmayıb. Buna baxmayaraq, İ. Maskın cari il üçün daha iddialı gözləntiləri var. O, bu ili dəyişikliklər ili adlandırıb: “2018-ci il bizim üçün böyük il olacaq. Biz bu ilin hansısa məqamında həftədə beş min ədəd “Model 3” buraxaraq rüblük gəliri artırmağa başlayacağıq”.

 

“Tesla” bu il 100 min ədəd “Model S” və “Model X” tədarük etməyə hazırlaşır.

 

Maliyyə hesabatının açıqlanmasından sonra şirkət səhmlərinin dəyəri 0,4% azalıb. Hazırda “Tesla”nın bazar dəyəri 56,4 milyard dollara yaxındır.

LENT

23 May 2018
22 May 2018
21 May 2018
19 May 2018
18 May 2018