Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Pxençxan Olimpiadasında 85 robot işləyəcək

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən Olimpiya Oyunlarının obyektlərinə 85 müxtəlif növ robot cəlb edilib. 

İKT.lent.az-ın TASS agentliyinə istinadən məlumatına görə, robot gidlər yarışmaların təqvimi barədə danışacaqlar. Ofisiant robotlar mətbuat mərkəzində içkilər paylayacaq, xadimə robotlar zibili yığışdıracaqlar. Bu barədə məlumatı Oyunların Təşkilat Komitəsindən bildiriblər. 

Əsas diqqət isə Olimpiya məşəlinin estafetində iştirak edəcək robota yönələcək. Belə ki, o, əlində məşəl kərpic divara qədər gəlib və orada dəlik açaraq, məşəli insana ötürüb. 

Qeyd etmək lazımdır ki, ümumilikdə oyunlarda süni intellektə malik 11 növ müxtəlif köməkçinin iştirak edəcəyi gözlənilir.

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018