Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Instagram”da yeni dünya rekordu: 15 milyon “layk”

ABŞ-ın dünyaca məşhur modeli Kayli Cenner “Instagram” mikrobloqlar şəbəkəsində özünün dərc etdiyi bir şəklin altında ən çox “bəyənilmə” sayına görə yeni dünya rekordunun sahibi olub. 

İKT.lent.az-ın Vladtime.ru saytına istinadən məlumatına görə, modelin ilk övladı ilə dərc etdiyi şəklini 13 milyon fanatı qiymətləndirib. 

Kayli Cennerin 103 milyondan çox fanat izləyicisinin olduğu rəsmi “Instagram” akkauntunda modelin hələ ötən həftə fevralın 1-də həyata gətirdiyi övladının əlindən tutduğu əks olunan anı əbədiləşdirən şəkli yerləşdirilib. Olduqca təsirli şəkil bir sutka ərzində 15 milyondan çox “layk” toplaya bilib. 

Qeyd edək ki, “layk”lardan başqa, Cennerin yerləşdirdiyi şəklin altında 667 mindən artıq şərh yazılıb. Belə ki, onun dünyanın müxtəlif yerlərindən olan pərəstişkarları ailəsindəki artım münasibətilə təbrik ediblər və uşağa sağlamlıq arzu ediblər. 

Xatırladaq ki, “layk”ların saylarına görə bundan əvvəlki rekord futbolçu Kriştianu Ronaldoya məxsusdur. Belə ki, futbolçu özünün yeni doğulmuş övladı ilə şəklini paylaşmışdı. Bu şəkli isə 11 milyon abunəçi bəyənmişdi.

LENT

24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018
19 May 2018