Bu bölmə Bakcell tərəfindən təqdim olunur

İsveçrədə “İnternet-kompüter” yaradılır

İsveçrənin “DFINITY” şirkətinin mütəxəssisləri istifadəçilərin kompüterlərini xüsusi “İnternet-kompüter”ə çevirərək onları vahid desentralizasiya olunmuş bulud platformasına birləşdirməyə imkan verən açıq protokolun yaradılması üzərində çalışırlar.

 

İKT.lent.az-ın Hi-news.ru-ya istinadən xəbərinə görə, istehsalçılar “Amazon”, “Google” və “Microsoft” kimi şirkətlərin bulud xidmətləri ilə rəqabət aparmağı planlaşdırırlar.

 

Onlar bildiriblər ki, “DFINITY” şəbəkəsinə qoşulacaq bütün istifadəçiləri açıq protokolun köməyilə birləşdirərək interneti güclü hesablama mərkəzinə çevirə bilən sistem yaratmaq niyyətindədirlər. Beləliklə, kompüterlərdən ibarət şəbəkə maksimal təhlükəsizlik və rəqabətə davamlı qiymətlərə zəmanət verərək bulud platformasının funksiyalarını yerinə yetirə biləcək. Bu platforma əsasında desentralizasiya olunmuş proqramlar yaratmaq mümkün olacaq. Bunun üçün “bulud 3.0” yaradıcıları xüsusi alətlər dəsti hazırlayacaqlar.

 

Artıq layihəyə təxminən 100 milyon dollar cəlb edilib. Platformanın beta-versiyasının bu ilin sonunda təqdim olunması nəzərdə tutulur.

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018