Bu bölmə Bakcell tərəfindən təqdim olunur

14 fevralda xanımlara hədiyyə edilə biləcək ən ideal smartfon hansıdır?

Mütəxəssislər 14 fevral münasibətilə sevgililər üçün alınacaq hədiyyələrin reytinqini tərtib ediblər. 


İKT.lent.az-ın Gazetadaily.ru saytına istinadən məlumatına görə, gözlənildiyi kimi, siyahıya “Apple” şirkətinin ən bahalı smartfonu başçılıq edir.

 

Mütəxəssislər hesablayıblar ki, hər bir xanım sevgilisindən 14 fevralda “iPhone 8” smartfonunu hədiyyə almağı arzulayır. Bu aparatı müasir texnologiyanın və dizaynın uğurlu sintezi hesab etmək olar. 

Ancaq cihazı seçərkən onun rənginə əsas diqqət etmək lazımdır. Çünki “Apple” şirkəti xüsusi olaraq qızıl rəngi hazırlayıb ki, bu rəng də bəşəriyyətin gözəl hissəsinin nümayəndələrinin olduqca çox xoşuna gəlir. 

Kimlər ki, 1640 manatını xərcləmək niyyətində deyil, mütəxəssislər onlara “iPhone SE” və ya “Samsung Galaxy A8” smartfonlarına diqqət yetirməyi məsləhət görürlər. Bu smartfonların qiyməti iki dəfə ucuzdur və onlar da fevralın 14-ü üçün ən gözəl hədiyyə ola bilər. 

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018