Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Xiaomi” 2020-ci ildə dünya smartfon bazarının lideri olmaq istəyir

2017-ci ildə dünya smartfon bazarında ciddi şəkildə mövqeyini yaxşılaşdıran “Xiaomi Technology” şirkəti yaxın gələcək üçün iddialı planlara malikdir. 

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, şirkətin icraçı direktoru Ley Jun (Lei Jun) bildirib ki, 10 rübdən sonra, yəni 2020-ci ilin payızında “Xiaomi” smartfon tədarükünə görə dünyanın ən iri smartfon bazarında, yəni yerli Çin bazarında birinci yeri tutmaq niyyətindədir. 

2017-ci ildə şirkət Çində 55,1 milyon ədəd smartfon tədarük edib və bazarın 12,4 faizinə sahib olaraq dördüncü yeri tutub. Bazarın lideri isə 90,9 milyon ədəd və ya 20,4 faiz payla “Huawei” şirkəti olub. İDC şirkətinin məlumatına əsasən, onun ardınca “Oppo” və “Vivo” şirkətləri qərarlaşıb. 

“IHS Markit” analitik şirkətinin hesablamasına əsasən, 2017-ci ildə “Xiaomi”nin dünya bazarındakı payı 7 faiz təşkil edib. Bir il öncə isə bu rəqəm cəmi 4 faiz təşkil edib. 

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018