Bu bölmə Bakcell tərəfindən təqdim olunur

ABŞ kibermüdafiəyə 1 milyard dollardan çox pul ayırır

ABŞ administrasiyası 2019-cu maliyyə ilində federal şəbəkələrin kibermüdafiəsinə 1 milyard dollardan çox pul ayrılmasını təklif edib.

 

İKT.lent.az-ın xəbərinə görə, ABŞ-da 2019-cu maliyyə ilin bu ilin oktyabrında başlayacaq.

 

Ağ Evin Konqresə göndərdiyi büdcə layihəsində federal şəbəkələrin müdafiəsi və bu sahədə zəifliklərin aradan qaldırılmasına 1 milyard dollara yaxın, kritik önəmə sahib infrastrukturun müdafiəsinə isə 319 milyon dollar ayrılması əksini tapıb.

 

Daxili Təhlükəsizlik Nazirliyinə isə ümumilikdə 47,5 milyard dollar ayrılacaq. Bu, 2018-ci ilin büdcəsindən 3,5 milyard dollar (7,8%) çoxdur.   

LENT

20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018