Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple” ötən il 18 milyon “ağıllı” saat satıb

Mütəxəssislərin hesablamalarına əsasən, ABŞ-ın “Apple” şirkəti 2017-ci ildə 18 milyon ədəddən çox “Smart Watch” saatlarının satışına nail olub. 

İKT.lent.az-ın Vevby.ru saytına istinadən məlumatına görə, bu, 2016-cı ildəki göstəricilərdən 56 faiz çoxdur. 

Kupertinyodan olan şirkət hətta saatların tərtibatında innovasiyaların olmamasına baxmayaraq, öz rəqiblərini geridə qoyub. Şirkət özü isə satışları barədə məlumatları ciddi sirr kimi saxlayır.

“Ağıllı” saatlar arasında daha böyük populyarlığı LTE dəstəyi olan cihazlar qazanıb. Bu saatlar naqilsiz məlumatın yüksək sürətlə ötürülməsi standartlarına malikdir. Bu cür saatların daha çox tanınması xarici operatorlarla, xüsusilə də Avstraliya, Yaponiya və Amerika şirkətləri ilə əməkdaşlıq sayəsində baş tutub. 

LENT

14 İyul 2018
13 İyul 2018
12 İyul 2018
11 İyul 2018
10 İyul 2018