Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Xiaomi Mi 7” smartfonunun ilk şəkilləri yayıldı

İnternetdə çərçivəsiz “Xiaomi Mi 7” smartfonunun ilk şəkilləri yayılıb. 

İKT.lent.az-ın Vevby.ru saytına istinadən məlumatına görə, bu smartfonun hər il Kataloniyanın paytaxtında keçirilən MWC sərgisində təqdim olunması gözlənilir. 
 
Tərtibatçılar telefonu çərçivəsiz ekranla, şüşə korpusla və barmaq izləri üçün skanerlə təchiz ediblər. İlkin məlumatlara əsasən, cihazı 5,5 düym həcmli çərçivəsiz AMOLED ekranla təchiz edəcəklər.
 
Mi 7 smartfonu ABŞ-ın “Qualcomm” şirkətinin istehsalı olan “Snapdragon 845” prosessoru ilə işləyəcək. Smartfonun əməliyyat yaddaşı 6 və ya 8 GB təşkil edəcək. Onun əlavə yaddaşı isə 64 və ya 128 GB olacaq. Smartfonun arxa panelində 16 meqapiksel həcmində ikili kamera yerləşəcək. 

LENT

19 May 2018
18 May 2018
17 May 2018
16 May 2018
15 May 2018