Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Azərbaycanda online vahid ixrac ərizəsi yaradıldı - DÜNYADA İLK DƏFƏ

Azərbaycanda dünyada ilk dəfə olaraq online vahid ixrac ərizəsi təqdim olunub.

 

İKT.lent.az-ın xəbərinə görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) "APA-Economics"ə bildirilib ki, bu yeni xidməti Rəqəmsal Ticarət Qovşağı və "Azexport" portalı vasitəsilə həyata keçirəcək. Beləliklə, sahibkarlar vahid ixrac ərizəsinin onlayn qaydada doldurulmaqla məhsullarını daha asan ixrac edə biləcəklər.

 

Qeyd edək ki, ixracda tələb olunan icazələrin, ixrac gömrük bəyannaməsinin və ixrac təşviqinin vahid elektron ərizə əsasında verilməsi prezident İlham Əliyevin “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanında nəzərdə tutulub. Yeni elektron xidmət sahibkarların ixrac etdikləri məhsulları onlayn vahid ərizə əsasında müraciət etməklə ixrac üçün tələb olunan bütün icazə sənədlərinin əldə edilməsi, o cümlədən elektron gömrük bəyannaməsinin doldurulması və ixrac təşviqi məbləğinin alınmasını özündə birləşdirir. Vahid ixrac ərizəsinin doldurulması sistemi intellektual məntiqə əsaslanaraq qurulub. Yəni istifadəçi özü haqqında minimal məlumatları daxil edir. Sahibkar bu məlumatları yalnız bir dəfə daxil etməklə (məsələn: malın adı və ixrac ölkəsi) digər zəruri məlumatlar, o cümlədən idxal ölkəsi üçün tələb olunan sənədlər sistem tərəfindən avtomatik müəyyən edilir və ərizəçiyə təqdim edilir. Sonrakı mərhələdə ərizəçinin razılığı əsasında elektron vahid ixrac ərizəsi formalaşır və tələb olunan icazələrin alınması üçün sistem tərəfindən müəyyən edilmiş iştirakçılara (dövlət qurumlarına) ünvanlanır.

 

Sistemin işə salınması ixrac proseduralarının icrasında məmur sahibkar təmasını minimuma endirəcək və sənədlərin icra müddəti bir neçə dəfə azalacaq. Bundan əlavə, respublikanın bölgələrində yerləşən sahibkarlar üçün icazələrin alınması proseduru daha rahat olacaq. Vahid ərizə konsepsiyası əsasında bütün ixrac icazələrinin əldə edilməsi xidməti hazırda dünyanın heç bir ölkəsində təqdim edilmir.

 

Vahid ixrac ərizəsi ilə tanış olmaq üçün sahibkarlar https://dth.azexport.az/ ünvanına müraciət edə bilərlər.

 

Xatırladaq ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı prezident İlham Əliyevin “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycanın mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı,  Azexport.az portalı isə "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” sərəncamı əsasında yaradılıb. Hər iki layihənin operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018