Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Azərbaycan Parisdə keçiriləcək beynəlxalq startap yarışında iştirak edəcək -

Bakıda qadınlar arasında keçirilən “Global Startup Weekend” (“GSWW 2018”) tədbirinin qalibi “TalentPort” layihəsi olub.

 

İKT.lent.az-ın xəbərinə görə, Nazənin Cavadova və Səkinə Nağızadədən ibarət olan komanda martın 7-da Parisdə keçiriləcək Böyük Finalda Azərbaycanı təmsil edəcək.

 

“Boş durma, hərəkətə keç” şüarı ilə həyata keçirilən yarışda ümumiyyətlə 50-dən çox müraciət qəbul olunub və 11 komanda Bakı finalında iştirak edib. Tədbirin açılışında iştirak edən Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez öz çıxışında iştirakçılara ürək sözlərini ünvanlayıb və qalibin Paris səfərinin faydalı keçməsini arzu edib.

 

“Startup Weekend” tədbirlərinin əsas məqsədi qısa müddət ərzində innovativ ideyalar ətrafında iştirakçıları birləşdirmək və onlara sahibkarlıq, startap, innovasiyalar, marketinq kimi mövzularda bilik və təcrübə qazandırmaqdır.

 

Mentorların da dəstəyi ilə 54 saat ərzində yeni məhsul hazırlanmasını özündə ehtiva edən yarışın nəticələrinə əsasən, “TalentPort” komandası 1-ci yerə layiq görülüb. Qalib komanda “RCI Bank & Services”, “AccorHotels”, “Air France”, “Wavestone”, “Air Liquide”, “La Tribune” kimi qlobal sponsorlardan Parisə uçuş bileti, “Accor” hoteldə 2 gecə qalmaq, Böyük Finalda qlobal münsiflər qarşısında ideyasını təqdim etmək və Bakıda “Next Step” İnnovasiyalar Mərkəzinin Sup.az akselerasiya proqramına qəbul olmaq şansı qazandılar. İkinci yerdə “SuperNanny”, 3-cü yerdə isə “Creyofu” komandaları qərarlaşıb.

LENT

24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018
19 May 2018