Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Nokia” satışlarda bu smartfonları qabaqladı

2017-ci ilin dördüncü rübündə “Nokia” smartfonlarının satışları HTC, “Sony”, “Google” və “OnePlus” smartfonlarının satışlarını üstələyib. 

 
İKT.lent.az-ın Life.ru saytına istinadən xəbərə görə, bu barədə “Counterpoint Research” şirkətinin analitiki Neyl Şen özünün “Twitter” səhifəsində bildirib. 

 
Onun məlumatına görə, sonuncu maliyyə rübündə “Nokia” cihazlarının satışları 4,4 milyon ədəd təşkil edib və smartfon bazarında ümumi satışların 1 faiz payına malik olub. 

 
Beləliklə, brend dünyada smartfon sayının satışına görə 11-ci yeri tutub. Şirkət HTC, “Sony”, “Google”, “Lenovo”, “OnePlus” və “Asus” şirkətlərinin geridə qoyub.

 
Şirkət ciddi inkişaf nümayiş etdirib. Xatırladaq ki, “Counterpoint Research” məlumatına əsasən, üçüncü rübdə “Nokia” smartfonlarının satışları 2,8 milyon nüsxə təşkil edib.

LENT

24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018
19 May 2018