Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Tanışlıq saytları insanlar üçün təhlükəlidir - MÜTƏXƏSSİS RƏYİ

Rusiyanın Keyfiyyət Sisteminin (“Roskaçestvo”) mütəxəssisləri tanışlıq saytlarınIN insanlar üçün təhlükəli olduğunu bildirirlər. 
 
İKT.lent.az-ın Vistanews.ru saytına istinadən məlumatına görə, aparılan araşdırmalar çərçivəsində “Android” və iOS əməliyyat sistemlərində istifadə edilən “Google Play” və “App Store” əlavələri təhlil edilib. 
 
“Roskaçestvo”nun təhlilinə əsasən, “Loveplanet”, “Skout”, “InMessage”, “Lovoo”, “Tinder”, “Topface”, “Teamo.ru”, “ParkFace” ötürülən bütün məlumatları şifrələyir. Ancaq “Avtodruq”, “ParkFace”, “Skout”, “Lovoo”, “InMessage”, “iPair” və “MyLove” kimi əlavələr şəxsi məlumatları şifrələnməmiş halda ötürürlər. Bu da onların fırıldaqçıların əllərinə düşməsi üçün yüksək risk yaradır. 
 
İstifadəçilər üçün təhlükəni dəqiq geolokasiyanın göstərilməsi yaradır. Ən təhlükəsiz əlavələr “Android”lər üçün nəzərdə tutulmuş “JAUMO” flirt-çatı, “happn” və “Badoo” olublar. Mütəxəssislər vətəndaşlara özlərini fırıldaqçılardan qorumaq üçün olduqca diqqətli olmağı məsləhət görürlər. 

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018