Bu bölmə Bakcell tərəfindən təqdim olunur

ABŞ-dan Rusiyaya sərt “Petya” ittihamı - CAVABI OLACAQ!

Böyük Britaniyadan sonra ABŞ hökuməti də 2017-ci ildə “NotPetya” virusu vasitəsilə həyata keçirilmiş genişmiqyaslı kiberhücuma görə Rusiyanı rəsmən ittiham edib.

 

İKT.lent.az-ın xəbərinə görə, Ağ Ev bu barədə xüsusi bəyanat yayıb.

 

Bəyanatda həmin hadisə indiyədək baş vermiş ən dağıdıcı və ən baha başa gələn kiberhücum kimi qiymətləndirilib. Qeyd olunur ki, virus bütün dünyada sürətlə yayılaraq Avropa, Asiya və Amerikaya milyardlarla dollar həcmində zərər vurub: “Hücum Kremlin Ukraynada qeyri-sabitlik yaratmaq cəhdlərinin bir hissəsi və Rusiyanın Donbasda davam edən münaqişədə iştirakının daha aydın nümayişi idi. Beynəlxalq ictimaiyyətin kiberhücuma cavabı olacaq, nəticələr qaçılmazdır”.

 

Qeyd edək ki, Böyük Britaniya və Danimarka hökumətləri də “NotPetya” kompüter virusu vasitəsilə həyata keçirilmiş irimiqyaslı haker hücumuna görə məsuliyyəti Rusiyanın boynuna qoyublar.

 

“NotPetya” virusunun yayılması 2017-ci il iyunun 27-də baş verib. Əvvəlcə virus “Petya.A” kimi identifikasiya olunub, sonradan isə adı dəyişdirilib. Zərərli proqram təminatı şirkətlərin kompüterlərini klidiləyərək hər kompüterə görə 300 dollar ekvivalentində bitkoin tələb edib. Virus hücumundan ən çox zərər çəkən ölkə Ukrayna olub. Bu ölkənin hökuməti, eləcə də Borispol hava limanı, “Ukrpoçta”, “Ukrtelekom”, İnfrastruktur Nazirliyi, banklar və digər strukturlar kiberhücuma məruz qalıb. Rusiyanın bir sıra bankları da virusdan zərər çəkib. Daha sonra virus Böyük Britaniya, İtaliya, ABŞ, Çexiya, Almaniya və digər Qərb ölkələrinə yayılıb. Kiberhücumdan zərər çəkən iri şirkətlər arasında “Durex” prezervativləri, “Strepsils” dərman preparatı və “Dettol” antiseptiklərinin istehsalçısı olan məşhur “Reckitt Benckiser” firması da olub. Bu ilin yanvarında “The Washington Post” qəzeti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA) istinadən Ukraynaya kiberhücumun arxasında Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QRU) dayandığı haqda xəbər yayıb. Ötən həftə ABŞ Konqresi Ukraynanın kibermüdafiəsi barədə xüsusi qanun qəbul edib.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018