Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Yanvarda Azərbaycanda 13 milyon manatlıq kompüter avadanlıqları istehsal edilib

Bu ilin yanvarında Azərbaycanda kompüter və elektron məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 13 milyon manatlıq məhsul istehsal olunub.

İKT.lent.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin yanvar ayı ilə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 23,2%, elektrik avadanlıqlarının istehsalı isə 22,3% azalıb. 

Ay ərzində əvvəlki ilin yanvar ayı ilə müqayisədə elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 30,3%, 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 37,3% azalıb, məişət soyuducularının istehsalı 54% artıb.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018