Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone X”un qiyməti 600 manatdan çox ucuzlaşdı

“iPhone X” smartfonunun qiyməti Rusiyada satışa başladığı qiymətlə müqayisədə təxminən 20 min rubl və ya 602 manat ucuzlaşıb.

İKT.lent.az-ın "riafan.ru" saytına istinadən məlumatına görə, hazırda ötən ilin ən bahalı cihazlarından birini 64 min rubla və ya 1 926 manata əldə etmək mümkündür. 

Xatırladaq ki, 64 GB yaddaşa malik “iPhone X”un baza modelinin qiyməti satışa başlanılan zaman 80 min rubl və ya 2 408 manat təşkil edirdi. Smartfonun ən bahalı versiyası isə 92 min rubl və ya 2 769 manat qiymətləndirilirdi. Hazırda onu cəmi 70 min rubla və ya 2 107 manata əldə etmək mümkündür.  

Bununla belə, rəsmi riyelterlər tərəfindən verilən 1 il zəmanət müddəti də saxlanılır. 

“iPhone 7” smartfonlarının qiyməti isə 40 faiz düşüb. Rusiya mağazalarında bu smartfonu 35 min rubla və ya 1 053 manata əldə etmək mümkündür. Onun ilkin qiyməti isə 57 min rubl və ya 1 716 manat təşkil edirdi. İstisna edilmir ki, “Apple” məhsullarının ucuzlaşmasına səbəb smartfon ətrafında istehlakçı ajiotajının azalması olub. 

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018