Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Xiaomi”dən yeni smartfon: "Mi Mix S2" -

İnternetdə Çinin “Xiaomi” şirkətinin yeni “Mi Mix 2S” flaqman smartfonunun videosu yayılıb.

 

İKT.lent.az-ın “Digit” portalına istinadən verdiyi xəbərə görə, cihazın rəsmi təqdimatının Barselonada keçiriləcək “MWC 2018” sərgisində təşkili planlaşdırılıb.

 

Videoda yeni smartfonun üz hissəsinin aşağı tərəfi nümayiş etdirilir. Ön kameranın ekranın yuxarı sağ küncündə yerləşdiyi güman olunur. Baza funksiyaları (məsələn, “home”, “back”) aşağıdakı klavişlər vasitəsilə yerinə yetiriləcək.

 

Ekranın diaqonalının 6 düym olacağı, cihazın “Snapdragon 845” Android-prosessoru ilə təchiz ediləcəyi gözlənilir. Operativ yaddaş 8 Gb, daxili yaddaş 256 Gb olacaq. Cihaz üz tanıma texnologiyası ilə də təchiz ediləcək.

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018