Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Bu da sındırılması mümkün olmayan smartfon...

Almaniyanın AGM şirkəti sındırılması və ya zərər verilməsi mümkün olmayan yeni X6 telefonunu nümayiş etdirib.

İKT.lent.az-ın Vevby.ru saytına istinadən məlumatına görə, tərtibatçılar bildirib ki, yeniliyin əsas özəlliyi onu məhv etməyin mümkün olmamasıdır.

Telefonun nümayişi hər il fevralın 25-dən martın 1-nə qədər Kataloniya paytaxtında keçirilən MWC sərgisi çərçivəsində baş tutacaq. Cihaz 6 düym ölçülü Full HD+ icazəli çərçivəsiz ekrana malikdir. O, ABŞ-ın “Qualcomm” şirkətinin istehsalı olan səkkiz nüvəli “Snapdragon 845” prosessoru ilə işləyəcək. Telefonun əsas kamerası ikili və 24 meqapiksel həcmində olacaq. Onun əməliyyat sisteminin əsasını isə “Android 8.0 Oreo” təşkil edəcək.

AGM şirkətində cihazın mühafizəsi haqqında dəqiq heç bir məlumat verilməyib. Ancaq bildiriblər ki, yenilik 2018-ci ilin ən möhkəm telefonu olacaq. Onun qiyməti barədə də hələlik heç bir məlumat yoxdur.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018