Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Nokia 9” təqdimata hazırdır -

İnternetdə yeni “Nokia 9” flaqman smartfonunun fotoları yayılıb.

 

İKT.lent.az-ın “GSMArena”ya istinadən verdiyi xəbərə görə, cihazın rəsmi təqdimatı Barselonada təşkil olunan “MWC 2018” sərgisi çərçivəsində, fevralın 25-də keçiriləcək.

 

Smartfon ikili ön və arxa kamera ilə təchiz olunub. Ön kamera 13 meqapiksel, arxa kamera 5 meqapikseldir. Displeyin diaqonalı 5,5 düymdür, ekranın küncləri mailidir.

 

Cihazın nazik çərçivəsi var. Barmaq izi skaneri arxa paneldə yerləşdirilib.

 

Smartfon “Qualcomm Snapdragon 845” prosessoru və “Android 8.0 Oreo” əməliyyat sistemi ilə işləyəcək. Operativ yaddaş 6-8 Gb, daxili yaddaş 64-128 Gb olacaq.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018