Bu bölmə Bakcell tərəfindən təqdim olunur

ABŞ, Səudiyyə və Venesueladan "kriptogedişlər" - "BİTCOİN" BAHALAŞDI -

Venesuela prezidenti Nikolas Maduro "Petro" kriptovalyutasının dövriyyəyə buraxıldığını rəsmən elan edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, onun 1 vahidinin minimal kursu ilkin olaraq 60 dollar müəyyən edilib.

 

Hökumətdən ilkin olaraq birjalarda 38,4 milyon kriptovalyuta satışının hədəfləndiyi açıqlanıb.

 

Bu arada Cənubi Koreya birjalarında "Bitcoin"in ticarət həcmi 80 min vahid təşkil edib. Hazırda isə birjalarda 500 milyard dollar həcmində "Bitcoin" satılır.

 

Nyu-York Əmtəə Birjası isə ABŞ Konqresinə kriptovalyuta üzrə əməliyyatlara icazə verilməsi barədə təklif göndərib. Təklifin açıqlanması ilə "Bitcoin"in dəyəri son 24 saat ərzində 2,91 faiz artaraq, 11924 dollar təşkil edib.

 

Xatırladaq ki, ötən həftə Səudiyyə Ərəbistanı Mərkəzi Bankı ödəmələrin sürətləndirilməsi üçün "Ripple" kriptovalyutası ilə saziş imzalayıb. Bu sənədlə dünya tarixində ilk dəfə bir ölkənin tənzimləyici orqanı "blokchain" texnologiyasından istifadəni rəsmiləşdirib.

 

 

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018