Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Bill Geyts məşhur serialda rol alacaq

“Microsoft”un yaradıcısı, məşhur iş adamı Bill Geyts “Böyük partlayış nəzəriyyəsi” (“The Big Bang Theory”) serialına çəkiləcək.

 

İKT.lent.az-ın “Deadline” saytına istinadən verdiyi xəbərə görə, B. Geyts “qonaq ulduz” qismində serialda rol alacaq. Onun iştirakı ilə çəkiləcək epizodun premyerası mart ayında keçiriləcək.

 

B. Geyts daha əvvəl də seriallarda çəkilib. 2001-ci ildə o, “Freyzer” sitkomunda özünü oynayıb.

 

Qeyd edək ki, “Böyük partlayış nəzəriyyəsi” (“The Big Bang Theory”) Çak Lorri və Bill Predi tərəfindən yaradılan Amerika sitkomudur. Premyerası 2007-ci ilin sentyabrında olub. Serial iki gənc və istedadlı fizikin həyatından bəhs edir. 2014-cü ildə CBS kanalı serialın çəkilişlərini daha 3 mövsüm (2018-ci ilə qədər) uzadıb, müddət bitdikdən sonra isə çəkilişlərin 2018 və 2019-cu illərdə də davam edəcəyi açıqlanıb.

LENT

19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018