Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Dünyanın ən innovativ şirkətinin adı açıqlandı

"Apple" şirkəti dünyanın ən innovativ şirkəti elan olunub.

 

İKT.lent.az-ın Valdtime.ru-ya istinadən xəbərinə görə, bu qənaətə məşhur "Fast Company" nəşrinin mütəxəssisləri gəlib.

 

Onların sözlərinə görə, "Apple" inqilabi texnologiyalarla təchiz olunmuş qacetlər buraxmağa və rəqibləri ilə müqayisədə əhəmiyyətli texnoloji inkişafa imza atmağa nail olub. Naqilsiz "AirPods" qulaqcıqlarının və "iPhone X"un buraxılışı, əlavə reallıq sahəsindəki "ARKit" platforması isə qabaqcıl texnologiyalar sahəsində ciddi tərəqqi kimi qiymətləndirilib.

 

Mütəxəssislər korporasiyanın aparat və proqram layihələrini, o cümlədən kamera və prosessorların təkmilləşdirilməsini, süni intellekt sahəsindəki fəaliyyətlərini də yüksək dəyərləndiriblər.

LENT

19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018