Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Bezos yenə varlandı

“Amazon” online riteylerinin yaradıcısı və sahibi Ceff Bezos şirkət səhmlərinin qiymətinin ilk dəfə olaraq 1,5 min dolları ötməsindən sonra daha 1,15 milyard dollar zənginləşib.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə “Bloomberg Billionaries İndex”in məlumatında deyilir.

 

Fevralın 21-də birjada aparılan ticarətin yekunlarına əsasən “Amazon”un səhmləri 1% bahalaşaraq 1482,92 dollar təşkil edib. Ticarət sessiyası zamanı səhmlərin dəyəri 1503,49 dollara da çataraq ilk dəfə olaraq 1,5 min dolları keçib. İlin əvvəlindən bəri “Amazon”un səhmlərinin dəyərindəki artım 26,5% təşkil edib.

 

Səhmlərin bahalaşmasından sonra C. Bezosun sərvəti 124 milyard dollara çatıb və o, “Bloomberg”in milyarderlər siyahısında liderliyini möhkəmləndirib. “Microsoft”un yaradıcısı Bill Geyts 91,6 milyardlıq sərvəti ilə 2-ci sırada, investor Uorren Baffet 86,2 milyardla 3-cü sıradadır.

 

“Forbes”un versiyasına əsasən isə Bezosun sərvəti 122,9 milyard dollardır.

 

Qeyd edək ki, “Amazon” ABŞ-dan əlavə, Kanada, Çin, Braziliya, Yaponiya və Avropada fəaliyyət göstərir.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018