Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Facebook”da 3D status mümkün oldu - MÖHTƏŞƏM YENİLİK

“Facebook” sosial şəbəkəsi glTF 2.0 formatını dəstəkləməyə başlayıb. 

İKT.lent.az-ın “İzvestiya” nəşrinə istinadən məlumatına görə, bu, istifadəçilərə özlərinin xəbər lentində 3D formatında obyektlər dərc etməyə imkan verəcək. Yenilik barədə şirkətin saytında məlumat verilib. 

“Biz bu günlərdə 3D paylaşımları tətbiq etmişik. Bu, insanlara rəqəmsal obyekti hər tərəfdən görməyə və “Facebook” xəbər lentində onunla əlaqə yaratmağa imkan verəcək”, - deyə məlumatda deyilir. 

Tərtibatçılar yazırlar ki, obyekt toxunuşa dərhal reaksiya verir və onun məzmununun ekranda  çıxmasına imkan verir. Bu şəkli və ya görüntünü isə mausun sol düyməsi və ya barmaqla onun üzərində saxlamaqla fırlatmaq mümkündür. 

LENT

19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018