Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Twitter” “bot”larla mübarizəyə başladı

“Twitter” şirkəti mikroboloqdakı qeydlərin populyarlığına süni şəkildə təsir göstərən “bot”larla mübarizəyə başladığını elan edib.  

 

İKT.lent.az-n xəbərinə görə, bu barədə şirkətin bloqunda məlumat verilib. “Bu dəyişikliklər ABŞ-dakı və bütün dünyadakı seçkilər də daxil olmaqla, “Twitter”də aparılan vacib müzakirələrə qarşı yönəlmiş bədniyyətli fəaliyyətlərlə bağlı xəbərdarlıq istiqamətində vacib addımdır”, - deyə açıqlamada bildirilir.

 

Əsas mübarizə tədbirlərindən biri eyni məzmunlu yazıların eyni anda bir neçə səhifədə çıxmasının qadağan olunmasıdır. Bu cür yazıların eyni anda paylaşılması (retvit), like edilməsi də qadağandır.

 

Məhdudiyyətlər “TweetDeck” xidmətinə də aiddir.

 

Xatırladaq ki, ABŞ-da 2016-cı il seçkiləri ərəfəsində ictimai rəyə təsir göstərmək məqsədilə “Facebook”, “Instagram” və “Twitter”də Rusiya mənşəli çoxlu sayda səhifə yaradılıb.

LENT

19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018