Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“”Google”u ilk dəfə sultan Əbdülhəmid icad edib” - TÜRKİYƏLİ TARİXÇİ

Türkiyənin Sakarya Universitetinin fənn-ədəbiyyat fakültəsinin tarix bölməsinin müəllimi, professor Əbubəkr Sofuoğlu “Google” axtarış sistemini əslində Osmanlı sultanı II Əbdülhəmid xanın yaratdığını bildirib.

 

İKT.lent.az-ın Türkiyənin “Yeniçağ” qəzetinə istinadən verdiyi xəbərə görə, Ə. Sofuoğlu Kütahya bələdiyyəsinin “Vəfatının 100-cü ilində ulu xaqan II Əbdülhəmid xan” mövzusunda təşkil etdiyi konfransda çıxış edib.

 

Professor bildirib ki, o vaxt sultan II Əbdülhəmid gedə bilmədiyi yerlərin fotolarını çəkdirərək baxırmış: “Bu baxımdan əslində “Google”u icad edən və ilk istifadə edən sultan Əbdülhəmid xandır. Gedə bilmirdi, nəqliyyat imkanları yox idi. Getsə, paytaxtda problemlər yaranacaqdı. Buna görə nə edir? Görmədiyi, getmədiyi yerlərin fotolarını çəkdirir, izləyir. “Google”u ilk kəşf edən bu mənada sultan Əbdülhəmid xandır”.

 

Tarixçi alimin fikrincə, II Əbdülhəmid daha 10 il hakimiyyətdə qalsaydı, Osmanlı dünyanın ən zəngin dövləti olacaqdı: “Çünki 1-ci dünya müharibəsinə girməyəcəkdi. Savaşa girən dövlətlər isə parça-parça olacaqdı. Dünyanın ən zəngin neft yataqları, Yəmənə qədər, bizim olacaqdı”.  

LENT

19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018