Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Mask yeni layihəyə start verdi - QLOBAL İNTERNET

Bu gün “SpaceX” şikəti Kaliforniyadakı Vandenberq hərbi hava bazasından internet yaymaq üçün nəzərdə tutulan, sınaq məqsədli iki peyki (“Microsat 2a” və “Microsat 2b”), eləcə də İspaniyanın radiolokasiya müşahidəsi üçün nəzərdə tutulmuş PAZ peykini daşıyan “Falcon 9” raketinin buraxılışını həyata keçirib.  

 

İKT.lent.az-ın xəbərinə görə, buraxılış “SpaceX”ın saytında canlı yayımlanıb. Buraxılış zamanı raketdə baş müqavimət sipərinin yeni versiyasından istifadə olunub. Şirkət onun yarısını xüsusi gəmi vasitəsilə “tutmaq” fikrindədir. 

 

İndiyədək start 3 dəfə təxirə salınmışdı.

 

“Microsat 2a” və “Microsat 2b” peykləri “SpaceX”ın “Starlink” adlı layihəsinin ilk elementləridir. Layihə Yerin bütün səthinə internet yaymaq üçün kosmosda bir neçə min peykdən ibarət qruplaşmanın yerləşdirilməsini nəzərdə tutur. 

 

“Starlink” layihəsi 2014-cü ildən işlənib hazırlanmağa başlayıb, lakin uzun müddət idi ki, onun haqqında heç nə eşidilmirdi. Çünki şirkət əsas diqqətini “Falcon 9” və “Falcon Heavy” daşıyıcı raketləri üzərində işə cəmləşdirmişdi. Layihəyə 10 milyard dollar sərf olunacağı bildirilir.

 

Xatırladaq ki, “SpaceX” şirkəti İlon Maska məxsusdur.   

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018