Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Televizora çox baxmağın yeni riskləri üzə çıxıb

ABŞ-ın Minnesota Universitetinin alimləri televizor qarşısında çox vaxt keçirməyin venoz tromboz riskini artırdığını müəyyən ediblər. İKT.lent.az-ın xəbərinə görə, elmi işin nəticələri barədə “Science Daily” yazıb.

 

Alimlər 24 il ərzində 45-64 yaş arası 15 min amerikalının sağlamlıq durumunu izləyiblər və müntəzəm şəkildə onların vəziyyəti, həyat tərzi barədə sorğular aparıblar. Bu müddət ərzində 691 venoz tromboz halı qeydə alınıb. Bundan başqa, məlum olub ki, televizor qarşısında müntəzəm vaxt keçirənlər digərlərindən 1,7 dəfə daha çox bu xəstəlikdən əziyyət çəkirlər.   

 

“Bu nəticələr göstərir ki, hətta fiziki təlimlə məşğul olan şəxslər belə, uzun müddət oturaq halda olmağın, məsələn, televizora baxmağın potensial zərərlərini gözardı etməməlidir”, - deyə tədqiqatçı Yasuxiko Kubota bildirib.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018