Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung Galaxy S9” və “S9+” smartfonları rəsmən təqdim olundu -

Fevralın 25-də Cənubi Koreyanın “Samsung” korporasiyası İspaniyanın Barselona şəhərində keçirilən “World Mobile Congress” çərçivəsində özünün yeni flaqmanlarını – “Galaxy S9” və “Galaxy S9+” smartfonlarını rəsmən təqdim edib.

 

İKT.lent.az-ın xəbərinə görə, təqdimat şirkətin rəsmi “YouTube” səhifəsində canlı yayımlanıb.

 

Bundan əvvəlki modellərdə olduğu kimi, yeni cihazlar da çərçivəsiz dizayna sahibdir. Ön panel demək olar ki, tamamilə ekrandan ibarətdir. “Galaxy S9”un 5,8 düym, böyük modelin isə 6,2 düym ekranı var. Hər ikisi “Snapdragon 845” prosessoru ilə təchiz edilib.

”Galaxy S9” 12 meqapiksel əsas kameraya malikdir. “S9+“ ikili kameraya sahibdir və əsas kameranın obyektivi 12 meqapikseldir. Hər iki cihazın frontal kamerası 8 meqapiksellik sensorla təchiz olunub və hər ikisi “Android 8.0.” əməliyyat sisteminin son versiyası əsasında çalışır. “Galaxy S9” 64 Gb daxili yaddaşa, “S9 Plus” isə 64-256 Gb yaddaşa malikdir. Hər ikisi simsiz şarjolunmanı və 400 Gb həcmli yaddaş kartını dəstəkləyir. Yaddaş kartının yerinə ikinci SİM kart da yerləşdirmək mümkündür.
 

Yeni modellərin əsas xüsusiyyəti 3D avatar yaratma funksiyasıdır. Belə ki, istifadəçi özünün emoji şəklində virtual versiyasını (selfimoji) yaradıb, bunu dostları ilə paylaşa bilər. Bu funksiya “iPhone”un son versiyalarında “Animojies” opsiyasını yaradan “Apple”a cavabdır.

 

Digər yenilik yüksək dərəcədə yavaşladılmış çəkiliş rejimidir. O, saniyədə 960 kadr sürəti ilə videolar yaratmağa imkan verir. Hər iki cihaz avtomatik olaraq hərəkəti tutmağa qadirdir və bundan sonra çəkiliş başlayır. Videoları GİF fayla çevirib, dostlara göndərmək mümkündür.
 

Cihazlar biometrik autentifikasiyanın 3 üsulunu (göz qişası, barmaq izi və üz tanıma funksiyası vasitəsilə) dəstəkləyir. Smartfonlarda ilk dəfə olaraq “SmartThings” əlavəsi də yaradılıb və bunun köməyi ilə “ağıllı ev”in məişət cihazlarını idarə etmək olar. 

 

“Galaxy S9” və “S9+” mart ayının ortalarında satışa çıxarılacaq. Smartfonlar 3 rəngdə hazırlanıb: qara brilyant, titan və ultrabənövşəyi. “Galaxy S9” Avropada 849 avro, “Galaxy S9 Plus” isə 949 avrodan satılacaq.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018