Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Marsa nə vaxt insan ayağı dəyəcək? - ASTRONAVT AÇIQLADI

Britaniyalı astronavt Tim Pik Marsa insan ayağının nə vaxt dəyəcəyini açıqlayıb.

 

İKT.lent.az-ın “İndependent” nəşrinə istinadən verdiyi xəbərə görə, T. Pik bildirib ki, Yer sakinləri 20 il sonra Mars səthinə enəcəklər.  

 

Astronavt bildirib ki, “Falcon Heavy” raketinin “SpaceX” tərəfindən uğurlu buraxılışı çox ruhlandırıcı hadisədir: “Hesab edirəm ki, 2030-cu illərin sonlarında İnsanlar Marsa gedə biləcək”.

 

Dövlətlərin kosmik idarələrinin və Kosmosun tədqiqatı üzrə beynəlxalq qrupun bu istiqamətdə çalışdığını nəzərə çatdıran T. Pik qeyd edib ki, İlon Maskın təşəbbüsləri kimi kommersiya layihələri bu hadisəni yaxınlaşdıra bilər.

 

Xatırladaq ki, NASA Marsa uçuş üzrə namizədlərin seçimini başa çatdırıb. Bu məqsədlə 12 nəfər seçilib.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018