Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Sony” yeni smartfonunu təqdim etdi

Barselonada təşkil olunan “MWC 2018” sərgisi çərçivəsində “Sony” korporasiyası tərəfindən “Xperia XZ2” smartfonunun təqdimatı keçirilib.

 

İKT.lent.az-ın “Engadget”ə istinadən verdiyi xəbərə görə, cihaz çərçivəsiz ekrana, 3D tökmə şüşədən hazırlanmış korpusa malikdir və “Snapdragon 845” prosessoru ilə təchiz olunub. Smartfon HDR standartında 4K formatlı video çəkə bilən “Motion Eye” yenilənmiş kamerasına sahibdir. Hazırda bazarda heç bir smartfonda bu cür funksiya yoxdur.

 

Əsas kamera 19 meqapikseldir. 4K video ilə bərabər o, saniyədə 960 kadr tezliklə “Full HD” video çəkə bilir və 3D skaner funksiyasına malikdir. Frontal kamera 5 meqapikseldir. Ekran “Gorilla Glass 5” şüşəsi ilə qorunur. Operativ yaddaş 4 GB, daxili yaddaş 64 GB-dır. 400 GB yaddaş həcmli “MicroSD” üçün slot mövcuddur.

 

Ekranın diaqonalı 5,7 düym təşkil edir.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018