Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Apreldə “Nokia” 69 avroya smartfon buraxacaq


Bazardakı ən büdcəli telefonlardan biri olan “Nokia 1” artıq bu ilin aprelindən satışa çıxarılacaq.
 
İKT.lent.az-ın Vistanews.ru saytına istinadən məlumatına görə, onun qiyməti cəmi 69 avro təşkil edəcək.
 
Məlumdur ki, “Nokia 1” 854X480 piksel icazəli 4,5 düym displeyə malik olacaq. Yeniliyin dizaynı olduqca müasirdir. Yeni cihaz dörd nüvəli “MediaTek 6737M” prosessoru ilə işləyir. Onun əməliyyat yaddaşı isə cəmi 1 GB üçün nəzərdə tutulub. 
 
Kameraya gəldikdə, əsas arxa kamerası 5 meqapikseldir. Ön frontal kamerası isə 2 meqapiksel təşkil edir. Cihaz 2150 mA/saat həcmli akkumulyatorla işləyir. 
 
Bundan başqa, smartfon 2 SİM-kartı və microSD kartı dəstəkləyir. Məlum olduğu kimi, “Nokia 1” artıq bu ilin aprel ayında dünya bazarında satışa çıxarılacaq. Yeni məhsul iki rəngdə - qırmızı və göy rənglərində olacaq. Onun qiyməti isə cəmi 69 avro və ya 144 manat olacaq. 

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018