Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"iPhone"sevərlərə "Apple"dan müjdə - 3 YENİ SMARTFON GƏLİR

“Apple” korporasiyası bu ilin sonunda eyni anda 3 yeni “iPhone” istehsal etməyə hazırlaşır.

 

İKT.lent.az-ın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, onlardan biri indiyədək buraxılmış “iPhone”lar arasında ən böyüyü olacaq. Digərinin “iPhone X” ölçülərinə malik yenilənmiş smartfon, üçüncüsünün isə iPhone X”un bir sıra funksiyalarını özündə cəmləşdirən, lakin daha ucuz versiya olacağı bildirilir.

 

“Apple” bununla çoxvəzifəli “iPhone” gözləyən, eləcə də iPhone X”un daha əlçatan versiyasını arzulayan istehlakçıları məmnun etməyə çalışacaq.

 

“D33” kod adlı böyük smartfon 1242x2688 ekran həllinə, OLED texnologiyaya, blokdan açmaq və ödənişlər həyata keçirmək üçün “Face İD” skanerə malik olacaq. Bu smartfonda, eləcə də yenilənmiş “iPhone X”da yeni “A12” prosessorundan istifadə olunacağı gözlənilir. Hər iki model qızılı rəngdə hazırlanacaq. “iPhone X”da bu rəngdən istifadə etməyən “Apple” qızılı smartfonların populyar olduğu Asiya bazarında daha çox alıcı cəlb etmək niyyətindədir. Bundan başqa, bəzi bazarlar üçün 2 SİM kart qəbul edən smartfon da buraxıla bilər.

 

“iPhone X”un ucuz variantına gəldikdə isə, bu cihaz da bahalı modeldə olduğu kimi, “Edge-to-Edge” ekrana, eləcə də “Face İD” skanerinə malik olacaq. Lakin ucuz olsun deyə smartfon “iPhone 8”də istifadə olunmuş LCD ekranla təchiz ediləcək, çərçivələri alüminiumdan hazırlanacaq. Arxa paneldə qara şüşə olacaq. 

 

“Apple”ın yeni məhsullarını ənənəvi olaraq payızda təqdim edəcəyi gözlənilir.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018