Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Bitcoin"un yaradıcısına dələduzluq ittihamı - 5 MİLYARD MƏNİMSƏYİB -

Özünü "Bitcoin" kriptovalyutasının yaradıcısı elan etmiş və daha çox Satoşi Nakamoto adı ilə tanınan Kreyq Rayt külli miqdarda dələduzluqda ittiham olunur.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, o, partnyoru olan və 2013-cü ildə vəfat etmiş Devid Kleymanın imzasını saxtalaşdırmaqla 5 milyard dollar həcmində "Bitcoin"u ələ keçirdiyi bildirilir.

Sonuncunun ailəsi iddia edir ki, K.Rayt Devid Kleymanın əvəzinə müvafiq sənədləri imzalamaqla göstərilən məbləğdəki aktivlərdən istifadə hüququ əldə edib.

 

Qeyd edək ki, hazırda D.Kleymanın hüquqi varisləri 300 min "Bitcoin"u qanunsuz ələ keçirməkdə ittiham etdikləri K.Rayt barəsində məhkəməyə müraciət etməyə hazırlaşır.

 

 

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018