Bu bölmə Bakcell tərəfindən təqdim olunur

MWC-nin ən maraqlı təqdimatları - İCMAL

Fevralın 26-da Barselonada başlayan “Mobile World Congress” (MWC) sabah – martın 1-də başa çatır.

 

Barselona MWC dünyada mobil cihazlar və innovasiyaların nümayiş etdirildiyi ən böyük və nüfuzlu sərgilərdən biridir. Hər il ənənəvi olaraq təşkil olunan sərgiyə ötən il 100 mindən çox insan baş çəkib. Bu ilin rəqəmləri yaxın günlərdə məlum olacaq.

 

İKT.lent.az sərginin ən önəmli təqdimatları barədə informasiyanı oxucuların diqqətinə çatdırır.   

 

Samsung Galaxy S9 Galaxy S9+
 

Sərginin ən çox maraq doğuran təqdimatını məhz Cənubi Koreya nəhəngi keçirdi. Mobil texnologiyalar sahəsinin lider şirkətlərindən olan “Samsung” özünün yeni flaqmanlarını – “Galaxy S9” və “S9+” smartfonlarını nümayiş etdirdi. İKT.lent.az artıq bu barədə geniş material yerləşdirdiyi üçün hadisənin üzərində geniş dayanmırıq. 


”Nokia 8100”
 

“Nokia” brendinin hüquqlarını əldə edən Fin-Çin konsorsiumu “HMD Global” əfsanəvi telefonun yeni versiyasını təqdim edib. Əvvəlki modeldən fərqli olaraq, telefon 4G texnologiyalarını, bir sıra populyar əlavələri (məsələn, “Facebook”, “Twitter”) dəstəkləyir və 25 gün şarjsız çalışır. Telefon 2 rəngdədir: ənənəvi qara və banan sarısı. Təxmini qiymət 79 avrodur, satışlara may ayından start veriləcək.

 

“Nokia”

”HMD Global” bir neçə yeni smartfon modelləri də nümayiş etdirib. Onlardan ən güclüsü “Nokia 8 Sirocco”dur. Bu cihaz 5,5 düym ekrana malikdir və “Qualcomm 835” porosessoru ilə çalışır. Operativ yaddaş 6 Gb, daxili yaddaş 128 Gb-dır. Təxmini qiymət 749 avro olacaq.

 

Digər yeni cihazlar – “Nokia 6” və “Nokia 7 Plus” əvvəlki modellərin yenilənmiş versiyalarıdır və müvafiq olaraq 280 avro və 400 avrodan satışa çıxarılacaq. Satışların apreldə başlayacağı bildirilir.

 

“Android Go”

İnkişaf etməkdə olan bazarlarda mövqelərini gücləndirməyə çalışan “Google” şirkəti “Android” əməliyyat sisteminin asanlaşdırılmış versiyasını (“Android Go”) təqdim edib. O, ağır proqramlarla işləyə bilməyən ucuzvari smartfonlar üçün nəzərdə tutulub. Bu əməliyyat sisteminin yükləndiyi ilk smartfon “Nokia 1” olub. Cihaz 4,5 düym ekrana malikdir, kamerası 5 meqapikseldir. Qiyməti 85 dollar olacaq.

 

“Android Go” ilə çalışacaq daha bir smartfon Çinin ZTE şirkətinin təqdim etdiyi “Tempo Go” smartfonudur. O, 5 düym displeyə , 5 meqapiksel kameraya sahibdir. Qiyməti 80 dollardır.

 

“Huawei MateBook X Pro” noutbuku

Çinin “Huawei” şirkəti “Apple”ı təqib etməyə davam edir. Şirkət “Macbook Pro”ya cavab olaraq hazırladığı MateBook X Pro” noutbukunu təqdim edib. O, metal korpusa və 13,9 düym ekrana malikdir. Cihaz “Intel Core i7” (və ya modeldən asılı olaraq i5) prosessoru, “NVidia GeForce MX150” videokartı ilə təchiz olunub. Operativ yaddaş 8 Gb və ya 16 Gb-dır, 256 və ya 512 Gb SSD-disk var. Qiymət və satışların nə vaxt başlayacağı məlum deyil. 

 

“Vivo Apex”
 

Çinin “Vivo” şirkəti orijinal konsept-smartfon təqdim edib. “Apex” modeli frontal çəkiliş rejimi seçildikdə 0,8 saniyəyə korpusdan irəli çıxan selfi kamerası ilə təchiz olunub. Bununla istehsalçı ön paneldəki yerə qənaət edib və ön hissəni tamamilə 6 düym ekran tutur. Digər önəmli xüsusiyyət barmaq izi skanerinin sensor displeyində yerləşməsidir.

 

“Sony Xperia Ear Duo”

”Sony” yenilənmiş “Xperia XZ2” və “XZ2 Compact” smartfonlarını, eləcə də “Xperia Ear Duo” qulaqcıqlarının yeni versiyasını təqdim edib. Qulaqcıq musiqi səsləndirir, yeni mesajlar və zənglər, eləcə də təqvimdəki önəmli tarixlər barədə məlumatlandırır, səs və jestləri idarə edir. Qulaqcıq ətrafdakı səsləri “eşidir” və səs rejimini buna uyğun tənzimləyir. Şirkətdən bildiriblər ki, bir dəfə şarj etmək 4 saatlıq iş üçün kifayət edir.

LENT

21 May 2018
19 May 2018
18 May 2018
17 May 2018
16 May 2018