Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Bakcell”ə papaq at və hədiyyə al! - MİSİLSİZ NOVRUZ KAMPANİYASI

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti hər il olduğu kimi, bu il də öz abunəçilərini Azərbaycan xalqının ən sevimli bayramlarından biri olan Novruz bayramında bol-bol hədiyyələrlə sevindirir.

 

Şirkətdən İKT.lent.az-a verilən məlumata görə, qonşunun qapısına papaq atıb bayram şirniyyatı payını almaq ən sevimli Novruz adət-ənənəlindən biridir ki, həmin gözəl ənənəyə sadiq qalan "Bakcell" öz abunəçilərini qapısına virtual papaq atıb pulsuz dəqiqələr, SMS və Meqabaytlar qismində Novruz hədiyyələrini almağa dəvət edir. Belə ki, Novruz bayramı ərəfəsində nömrənin balansını ən azı 2 AZN məbləğində artıran hər bir əvvəlcədən ödənişli (prepaid) "Bakcell" abunəçisini gözəl təsadüfi hədiyyə gözləyir.

 

Fevralın 26-dan martın 31-dək davam edəcək hədiyyə kampaniyasına qoşulmaq olduqca asandır. Bunun üçün sadəcə “papaq” sözünü yazıb pulsuz SMS vasitəsilə 7777 nömrəsinə göndərmək kifayətdir. Kampaniyaya qoşulandan sonra abunəçi balansına hər dəfə ən azı 2 AZN məbləğində vəsait yükləyəndə “Bakcell”dən təsadüfi hədiyyə alacaq. Bu misilsiz hədiyyə kampaniyası çərçivəsində abunəçilər 100-ə qədər pulsuz şəbəkədaxili zəng dəqiqəsi, 100-ə qədər pulsuz ölkədaxili SMS və hətta 500 Mb-ə qədər pulsuz internet paketi və digər gözəl hədiyyələri qazana biləcəklər.

 

Qeyd edək ki, kampaniya ərzində balans artımı və hədiyyələrin sayına görə heç bir məhdudiyyət yoxdur. Kampaniyada yalnız əvvəlcədən ödənişli (prepaid) "Bakcell" tariflərinin abunəçiləri iştirak edə bilər.

 

Odur ki, siz də “Bakcell”ə papaq atın və Novruz hədiyyələrinizi alın!

 

Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayır!

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018